30 марта 2011 г.

"Yardımlaşma" həqiqətinə bir misal:





   Kökün 2 vəzifəsi var: Biri ağacı ayaqda saxlamaq, digəri isə ağaca lazım olan maddələri torpaqdan alıb ağaca ötürməkdir. Lakin iynəyarpaqlı ağacların (ardıc, şam və s.) yetişdiyi torpaqlar kökə lazım olan maddələri torpaqdan ala bilmədiyinə görə, məhz bu ağac sıxıntı içində çabaladığı an bir mantar gəlib həmin ağacın kökünə yerləşər, ağaca lazım olan maddələri onun (ağac) üçün hazırlayar və ağaca təqdim edər. Ağac da sanki bu yaxşılığı dərk etmiş kimi, bunun müqabilində özünün istehsal etdiyi şəkərin bir qismini ona verər.
   Ey "kafir"! Bu həqiqətdən (bu cür canlıların - hətta özlərini belə dərk etməyən canlıların bir-birinə göstərdiyi yaxşılıqdan) sonra da ALLAH`ın varlığını qəbul etmirsənsə (dərk etmirsənsə), elə isə bu suallara cavab ver:
  1.-Mantar ağacın bu cür sıxıntısını haradan bilir, necə dərk eliyir? Əlbəttə bunu dərk etməsi mümkün deyil, bu yalnız ALLAH`ın varlığı ilə mümkündür. Sözsüz ki, bu belədir, yoxsa özündən belə xəbəri olmayan mantarın İbn Sina qədər ağıllı olduğunumu iddia edirsən?
  2.-Yaxşı, belə fərz edək ki, mantar ağacın bu sıxıntısından xəbərdardır, axı ona yardım göstərmək mərhəmətin əsəridir. Halbuki mantarın mərhəməti də yoxdur.
  3.-Tutaq ki, mərhəməti də var, bəs kökün bacarmadığı işi o necə bacarır?
  4.-Ağaca lazım olan maddələri haradan bilir? Bunun üçün hansı botanikdən (məktəbdən) dərs alıb?
  5.-Yoxsa ki (görəsən), ağacın bu yaxşılığın müqabilində mantara şəkər hədiyyə etməsi (təqdim etməsi) onun minnətdarlığının bir əsəridir?!


Həqiqətən bunların dərk edilməsində ağıl sahibləri üçün dəlillər vardır!!!

0 rəy:

Отправить комментарий

 
Copyright 2009 RamLe