11 марта 2011 г.

‎3 APREL! AZƏRBAYCANDA İLK HİP-HOP MÜZİKL!




MƏNİM QARANLIĞIM!

Nokia`nın baş sponsorluğu ilə, Azərbaycan Opera və Balet Teatrında, Qaraqanın rejissorluğu ilə Azərbaycanda ilk Hip-Hop müzikl qurulacaq. Lirik–fəlsəfi mahnıların pantomim teatrının aktyor və aktrisaları tərəfindən oynanılması, CANLI AKUSTİK PİANO, VOKAL və XOR, eləcə də Konsert boyu sonu qəliz, psixoloji təsirli süjet tamaşaçıları özündən çıxaracaq.

Konsertdə Qaraqanın ilk yaradıcılıq əsərlərindən tutmuş, bu ya...xınlarda çıxacaq “İşıq” albomundan tracklər də oxunacaq.

Eyni zaman Şopen, Bethoven və digər klassiklərin notları üzərinə YYS (Yozumsuz Yuxuların Sabahı) müəlliflərinin fəlsəfi şeirləri, psixoloji dialoqları səslənəcək.

“Mənim Qaranlığım” konsert proqramı insanın daxili aləminə onun içindəki suallara və tənhalığa yönəlmiş, bütün insanları narahat edən hisslərin qabardılması və şeirin gücünü, beyinlərə sözün təsiri və musiqinin dramatikliyini aşılayan bir göstəri olacaq.

Bu konsert sadə və dayaz insanlar üçün deyil. Min nəfərlik Opera zalı ilk dəfə Qaraqanı öz səhnəsinə buraxacaq.

Milli Kitab mükafatçısı, H.O.S.T qrupunun solisti, İlin Gənci və Azərbaycanda ən çox satılan romanların müəllifi - Qaraqan 3 Aprel, öz ad günündə hər kəsə bu cümləni “Qaranlığıma Xoş Gəldin!” deyəcək!



YER: AZƏRBAYCAN OPERA VƏ BALET TEATRI

SAAT: 17.00

BİLET: 10 AZN, 13 AZN, 20 AZN, 25 AZN, 50 AZN, 70 AZN.

ƏLAQƏ:
+994 50 317 05 15;
+994 51 790 88 79.


Biletlər şəhərin mərkəzi kassalarında satılır. 10 AZN-dən 70 AZN-ə qədər.

1 rəy:

Анонимный комментирует...

aaa niye axi biletler bele bahadi?? =)))))

Отправить комментарий

 
Copyright 2009 RamLe