30 марта 2011 г.

"Yardımlaşma" həqiqətinə bir misal:





   Kökün 2 vəzifəsi var: Biri ağacı ayaqda saxlamaq, digəri isə ağaca lazım olan maddələri torpaqdan alıb ağaca ötürməkdir. Lakin iynəyarpaqlı ağacların (ardıc, şam və s.) yetişdiyi torpaqlar kökə lazım olan maddələri torpaqdan ala bilmədiyinə görə, məhz bu ağac sıxıntı içində çabaladığı an bir mantar gəlib həmin ağacın kökünə yerləşər, ağaca lazım olan maddələri onun (ağac) üçün hazırlayar və ağaca təqdim edər. Ağac da sanki bu yaxşılığı dərk etmiş kimi, bunun müqabilində özünün istehsal etdiyi şəkərin bir qismini ona verər.
   Ey "kafir"! Bu həqiqətdən (bu cür canlıların - hətta özlərini belə dərk etməyən canlıların bir-birinə göstərdiyi yaxşılıqdan) sonra da ALLAH`ın varlığını qəbul etmirsənsə (dərk etmirsənsə), elə isə bu suallara cavab ver:
  1.-Mantar ağacın bu cür sıxıntısını haradan bilir, necə dərk eliyir? Əlbəttə bunu dərk etməsi mümkün deyil, bu yalnız ALLAH`ın varlığı ilə mümkündür. Sözsüz ki, bu belədir, yoxsa özündən belə xəbəri olmayan mantarın İbn Sina qədər ağıllı olduğunumu iddia edirsən?
  2.-Yaxşı, belə fərz edək ki, mantar ağacın bu sıxıntısından xəbərdardır, axı ona yardım göstərmək mərhəmətin əsəridir. Halbuki mantarın mərhəməti də yoxdur.
  3.-Tutaq ki, mərhəməti də var, bəs kökün bacarmadığı işi o necə bacarır?
  4.-Ağaca lazım olan maddələri haradan bilir? Bunun üçün hansı botanikdən (məktəbdən) dərs alıb?
  5.-Yoxsa ki (görəsən), ağacın bu yaxşılığın müqabilində mantara şəkər hədiyyə etməsi (təqdim etməsi) onun minnətdarlığının bir əsəridir?!


Həqiqətən bunların dərk edilməsində ağıl sahibləri üçün dəlillər vardır!!!

11 марта 2011 г.

‎3 APREL! AZƏRBAYCANDA İLK HİP-HOP MÜZİKL!




MƏNİM QARANLIĞIM!

Nokia`nın baş sponsorluğu ilə, Azərbaycan Opera və Balet Teatrında, Qaraqanın rejissorluğu ilə Azərbaycanda ilk Hip-Hop müzikl qurulacaq. Lirik–fəlsəfi mahnıların pantomim teatrının aktyor və aktrisaları tərəfindən oynanılması, CANLI AKUSTİK PİANO, VOKAL və XOR, eləcə də Konsert boyu sonu qəliz, psixoloji təsirli süjet tamaşaçıları özündən çıxaracaq.

Konsertdə Qaraqanın ilk yaradıcılıq əsərlərindən tutmuş, bu ya...xınlarda çıxacaq “İşıq” albomundan tracklər də oxunacaq.

Eyni zaman Şopen, Bethoven və digər klassiklərin notları üzərinə YYS (Yozumsuz Yuxuların Sabahı) müəlliflərinin fəlsəfi şeirləri, psixoloji dialoqları səslənəcək.

“Mənim Qaranlığım” konsert proqramı insanın daxili aləminə onun içindəki suallara və tənhalığa yönəlmiş, bütün insanları narahat edən hisslərin qabardılması və şeirin gücünü, beyinlərə sözün təsiri və musiqinin dramatikliyini aşılayan bir göstəri olacaq.

Bu konsert sadə və dayaz insanlar üçün deyil. Min nəfərlik Opera zalı ilk dəfə Qaraqanı öz səhnəsinə buraxacaq.

Milli Kitab mükafatçısı, H.O.S.T qrupunun solisti, İlin Gənci və Azərbaycanda ən çox satılan romanların müəllifi - Qaraqan 3 Aprel, öz ad günündə hər kəsə bu cümləni “Qaranlığıma Xoş Gəldin!” deyəcək!



YER: AZƏRBAYCAN OPERA VƏ BALET TEATRI

SAAT: 17.00

BİLET: 10 AZN, 13 AZN, 20 AZN, 25 AZN, 50 AZN, 70 AZN.

ƏLAQƏ:
+994 50 317 05 15;
+994 51 790 88 79.


Biletlər şəhərin mərkəzi kassalarında satılır. 10 AZN-dən 70 AZN-ə qədər.

7 марта 2011 г.

‎"Исповедь Одного Извращенца" (2011)



"Исповедь Одного Извращенца" (2011)

Qaraqanın ilin ən qalmaqallı kitabı olmağa namizəd əsəri  Ali & Nino Mağazalarında artıq satışda!

QEYD - Kitab ruscadır və əsərdə qeyri-normativ leksikadan istifadə olunub.

5 марта 2011 г.

Yeni Peyğəmbərin gəlişi və Yeni Həyatın başlanğıcı. [Nostradamus]



   Mən bilirəm, yeni Peyğəmbər gələcəkdir.
   Sevgidən böyük istək yoxdur.
   Həlak olmuş görücülərin sözlərini qiymətləndirin ki, qədim məzarlardan günəş doğsun.



AÇIQLAMASI:


   Bu bənddə Nostradamus ümumi bədxahlığın sona çatacağını, dünyaya yeni peyğəmbərin gələcəyini xəbər verir.
   Son peyğəmbər Məhəmməd əleyhissalam dünyaya Nostradamusdan öncə gəldiyi üçün, elə güman etməliyik ki, bu bənd gələcəyə, yalnız gələcəyə aiddir.


Fal açıb gələcəkdən xəbər verir!

4 марта 2011 г.

H.O.S.T [PRoMete & Qaraqan] — "2012"






«PRoMete & Qaraqan - 2012»

Album: PRoMete - "14" (2011)
Produced by: Vusal Beat Pro
Directed by: PRoMete & Qaraqan
Director of Photography: Vusal Nazimoglu
Edited and Designed by: Asker Ragimov
Art Director: Inara Rassul
Assistant of Art Director: Nargiz Safarova
Executive Producer: Vugar Abdulrahmanov
Video Effects Supervisor: az-ya

© 2011 HOST Production
 
Copyright 2009 RamLe