28 февраля 2011 г.

Получить ответы на свои вопросы...




   Bu dünyaya niyə gəlmişik? Məqsəd nədi? Bu mənasız, boz dünyada nə işimiz var? Görəsən həyatımızı başqaları kimi yaşamağa məcburuq? Yoxsa, kiçik bir dünya qurub, orda istədiyimiz kimi yaşamalıyıq? Niyə biz əvvəlcə başqalarınl düşünürük, və ən sonda isə özümüz haqqda fikirləşirik? Bəs bizim istəklərimiz? Bəs bizim arzularımız? Niyə onları basdırmalı oluruq?
   Nə vaxtsa Şaxta Baba`nın gerçək olduğuna inanırdıq, indi heç özümüzə belə inanmırıq. Hələ heç sevgidən danışmıram. Heç kəs bu sözün mənasın bilmir, amma elə hey hamı ondan danışır. Kiminçünsə sevgi həyatın mənasıdır, kiminçünsə elə həyatın özüdür, kimilərsə üçün bahalı maşınlar, villalar, brend geyimlər, svarovski qaşları, ehtiras, seks...və s. Bəs mənimçün sevgi nədi? Bilmirəm..! Yəqin ki, həyatın bizə verdiyi ən gözəl və ən dəhşətli, ağrılı bir hissdir.
   Qayıdaq əvvələ... Dünyaya niyə gəlmişik? Nəisə dəyişə biləcəyik? Bu dünyada özümdən kiçik belə olsa, bir iz qoya biləcəm? Yoxsa, hamı üçün deyildiyi kimi mənimçündə "DOĞULDU, YAŞADI, ÖLDÜ" deyəcəklər? Həyatda nəyə dəyər verməliyik? YOXSA hər şey dəyərsizdi? Kimə inanmalıyıq? YOXSA, heç kəsə də inam yoxdu? İçimdə həddsiz dərəcədə çox suallar var... Və nə vaxtsa onlara cavab tapacağım ümidiylə yaşayıram...
   Biz bəzən miliyonların içində tək qalırıq, ətrafımızda çox insan olsa belə özümüzü tənha hiss edirik. Bizi yarı sözdən belə anlayacaq birini axtarırıq.
   İnsan həmişə axtarişdadı. Axtarır ki, yeni bir şey kəşf eləsin. Bəlkə axtardığında rahatlıq tapdı. İnsan o qədər aciz məxluqdur ki, heç özüylədə bacara bilmir. Nə nəfsinə güc gələ bilir, nədə ki, içindəki ağrılara son qoya bilir.
   Əgər biz özümüzlə bacarmırıqsa, bəs başqalarını necə dəyişəcəyik? İnsanlar getdikcə vəhşiləşir, hamının içini nifrət hissi bürüyüb, gözləridə heç vaxt doymur! Nəysə nə özümü yorum, nədə ki sizi. ONSUZDA DƏYİŞMƏYƏCƏKSİZ!

Sbn Hosted`ə təşəkkür!

Rəsmi Facebook Profili: sbn.hosted

0 rəy:

Отправить комментарий

 
Copyright 2009 RamLe