8 февраля 2011 г.

ATHEİSM nədir?




ATHEİSM nədir?

Ateizm, Tanrıya və ya ruhi varlıqlara olan metafizik inancların rədd edilməsi. Var olan həqiqəti inanc yoluyla şərhi qəbul etməyən bir düşüncə axınıdır. Ateistlər bəzən "Tanrı tanımaz" sözüylə anılsalarda, bu adlandırma var olan bir tanrını rədd etmə fikirinə işarə etdiyindən ateistlər tərəfindən qəbul olunmur (Var olmayan nəyini rədd edək mənasında). Ateizm inanc şərtlənmələrini, xəyali varlıqları və hadisələri rədd edər. Ateist dünyagörüşüylə Tanrının yanında bütün metafizik inanclar və bütün ruhani varlıqlar da rədd edilər.(Cin, şeytan, xorttan, ruh, qulyabanı və.s)


Ateizm sözünün kökləri qədim yunan sözünə söykənir. "Atheos" (theos, Yunanca "Tanrı" demək olub, başındakı "a" ön şəkilçisi ilə mənfilik ifadə edər.) "Tanrısız" və ya "Tanrıya inancsız" deməkdir. a-Teizm, anti-Teizm (Teizm əleyhdarı) demək deyil.


İngiliscəyə də Fransızcadan gələn "athéisme" sözünün oxşarı "atheism" olaraq 1587 -ci illərdə girmiş, Ateizmin mənşəyi ilk dinlərin və onların ortaya qoyduğu Tanrı düşüncəsinin ortaya çıxışına qədər uzanar. Antik dövrdə Yunan materializminin nümayəndələri Demokritos və Epikuros ateizmin ən məşhur nümayəndəsidir, ən parlaq dövrünü isə 19-20 əsrdə də Feuerbach, Marx, Engels, Lenin və digər bütün dialektika materialist filosoflar ilə yaşanmışdır.

0 rəy:

Отправить комментарий

 
Copyright 2009 RamLe